Filologiya Tələbəsi / Dil Ekspertı
Söz, dilimizin dijitallaşma dövründə qarşılaşdığı çətinlikləri aradan qaldırmaq məqsədilə qurulan startap layihəsidir. Layihənin əsasında söz bazası dayanır. Bu bazanın dəqiqliyi, tamlığı və keyfiyyəti məhsulun ən vacib dəyəridir. Biz bazanı elmi əsaslarla inkişaf etdirəcək komanda yaradırıq.
Kimi axtarırıq
Filologiya üzrə təhsil alan tələbələr. Magistr tələbələrinə üstünlük veririk.
Əsas vəzifələr
- Söz bazasında mövcud olan və yeni əlavə olunacaq sözlərin leksik, qrammatik və digər dil xüsusiyyətləri baxımından mənasını yoxlamaq
- Aşkar edilən səhv və qeyri-dəqiqlikləri düzəltmək, lazımi redaktələrin aparılmasında iştirak etmək
- Dijitallaşma prosesində dilimizin qarşılaşdığı problemlərin müəyyən edilməsinə və həllinə töhfə vermək
- Layihə komandası ilə birgə işləyərək dil qaydalarına uyğun standartların formalaşmasına kömək etmək
Tələblər
- Filologiya (və ya əlaqəli sahə) üzrə bakalavr və ya magistr təhsili alması
- Azərbaycan dilinin leksikası və qrammatikasına yaxşı bələdlik
- Diqqətlilik, dəqiqlik və məsuliyyətli iş yanaşması
- Komanda ilə işləmək bacarığı və öyrənməyə açıq olmaq
- Dil texnologiyalarına, dijitallaşma və dil məsələlərinə maraq (üstünlükdür)
Sizə nə təklif edirik
- Startap komandasının tam hüquqlu üzvü olmaq imkanı
- Layihədəki iştirakınızı öz diplom işinizin bir hissəsinə çevirmək imkanı (mövzu və istiqamət birgə müzakirə olunur)
- Real məhsulun yaradılmasında iştirak və praktiki təcrübə
- Dilin dijitallaşması sahəsində yeni istiqamətdə çalışmaq
Müraciət qaydası
Maraqlanan namizədlər aşağıdakı formanı doldurmaqla müraciət edə bilər. Uyğun namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibədə layihənin detalları, iş formatı və əməkdaşlıq şərtləri ətraflı müzakirə olunacaq.
Contact: ops@naqqash.vc
